"Belə bir ölkədə hansı demokratiyadan danışa bilərik?!"




"Ermənistandan hər kəs başını götürüb qaçır”.

Bunu Sherg.az-a Ermənistanda baş tutan qeyri-demokratik və saxta parlament seçkilərinə münasibət bildirərkən Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib. 

O bildirib ki, bu ölkədə beynəlxalq hüquq prinsipləri təminatından, insan haqlarının qorunmasından söhbət belə gedə bilməz:

"Ermənistan əhalisinin dolanışığı, yaşayışı orada əmin-amalıq, sülh və insanlığa hörmət, insan kapitalı iflic vəziyyətdədir. Belə bir ölkədə hansı demokratiyadan danışa bilərik? Bütün bunlara çox mənfi yanaşıram. Ermənilər Sarkisyan hakimiyyətinin nümayəndələrinə səs verə bilməzlər. Çünki bu insanlar erməni cinayətkar rəhbərliyinin əlindən qaçırlar”

Ayyət