Hörümçək dişlədi, iki ayağını itirdi

Təhlükə qollarını da gözləyir



Avstraliyanın Viktoria əyalətindəki Birchip qəsəbəsində ağ quyruqlu hörümçək tərəfindən dişlənilən bir adamın ayaqları kəsildi.

"Stavell Times"də yer alan xəbərə görə, həftə sonunda Melburndan Viktoria ştatının Birchip qəsəbəsinə qohumlarını ziyarətə gedən Terry Parejanı ağ quyruqlu hörümçək sağ ayağından dişlədi.

Ayağının şişməsini fərq edən Pareja, qəsəbədə həftə sonu həkim olmadığı üçün bazar ertəsi gününə qədər gözləmək məcburiyyətində qaldı.

Daha sonra ailə həkiminə göstərilən və Horsham Vimmera bələdiyyə xəstəxanasına çatdırılan Parejanın infeksiyaya yoluxduğuna görə sağ ayağının kəsildiyi bildirildi. Digər ayağının da infeksiyadan təsirlənməsinə görə təcili yardım təyyarəsi ilə Melburn Alfred xəstəxanasına aparılan Parejanın sol qıçı da kəsildi.
Təxminən bir aydır xəstəxanada müalicə olunan Parejanın vəziyyətin stabil olduğu bildirilir.
Parejanın bacısı Raquel Oqleby, əgər infeksiya nəzarətə alınmasa qardaşının qıçlarından sonra iki qolunu da itirmə təhlükəsi ilə qarşı-qarşıya olduğunu söyləyib.

Xüsusilə yaz aylarında görünən ağ quyruqlu hörümçəyin sancmasının əlamətləri şişmə, qaşınma, dəridə rəng dəyişikliyi, bəzi vəziyyətlərdə qusma və ürək bulanma halları ilə üzə çıxır.