İki ay boyunca yatacaq adama 16 min avro verəcəklər





Fransada bir araşdırma şirkəti, iki ay yatacaq 24 kişinin hərəsinə 16 min avro ödəyəcək.

"Ağırlıqsızlıq vəziyyətinin astronavtların bədənində nə kimi təsirlər yaratdığını araşdıran Tibb İnstitutu və Kosmos Fiziologiyası Klinikası- MEDES, iki ay boyunca yatacaq kəslər axtarır.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, astronavtların yer üzünə döndükləri zamanı bədənlərində baş verə biləcək dəyişiklikləri önləmək üçün reallaşdırılacaq araşdırmada, 2 ay boyunca gecə - gündüz yatacaq kəslərə 16 min avro ödəniləcək. Başın yüngülcə aşağıda olacağı yatış mövqeyindən ötəri bu 60 günlük müddətin daha uzun hiss edilməsi də mümkündür.
20 - 45 yaş arası kişilər arasında seçiləcək 24 adamın heç bir sağlamlıq probleminin olmaması və siqaretdən istifadə etməməsi vacibdir. Ayrıca bədən indeksinin də 22 ilə 27 arasında olması, idman və allergik bir xəstəliyinin də olmaması şərtdir.