Şahbaz və Dilqəmin işgəncələrlə məruz qalması İsrail mediasında...



Dünən 4 aprel 2017-ci il tarixində İsrailin nüfuzlu qəzetlərindən biri olan The Times of İsrael-də Ermənistanın Azərbaycanlı əsirlərə qarşı amansız rəftarı, Dilqəm və Şahbazın ədalətsizlik nəticəsində bu ölkə tərəfindən beynəlxalq alləmin gözü önündə hələ də əsirlikdə saxlanılmasından bəhs edən məqalə dərc olunub. 

Sherg.az xəbər verir ki, "Alovlar arasından Azərbaycan əsirləri : Humanitar hüququn Ermənistana qarşı məhdudiyyətləri” başlığı ilə dərc olunan məqalə fransız dilində dərc olunan məqalənin müəllifi AMEA-nın Hüquq və İnsan Hakları İnstitutunun Dövlət və Konstitusiya şöbəsinin elmi işçisi və doktorantı Səid Musayevdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 25 ildən artıqdır davam etməsi, Ermənistanın işğal altında yerləşən tarixi və mədənə abidələri məhv etdiyi, əsirlərlə amansız davranışla beynəlxalq humanitar hüququn pozulmasının ön plana çəkildiyi məqalədə müəllif beynəlxalq və beynəlxalq olmayan münaqişələrdə əsirlərlə davranış və onların mühavizəsinin 12 avqust 1949-cu ildə qüvvəyə minən beynəlxalq Cenevrə konvensiyasının nəzarətində olduğunu bildirir.

2014-cü ilin 12 iyul tarixində boya-başa çatdıqları öz doğma Kəlbəcər rayonunda Ermənistan hərbiçiləri tərəfindən əsir götürülən Dilqəm Əskərov(54 yaş)və Şahbaz Quliyev(46 yaş) məqsədi öz ata-baba yurdlarını ziyarət etmək, doğma torpaqlarına qovuşmak isdəyən Ermənistanın Azərbaycan torpaqların təcavüzü nəticəsində 1.200.000 qaçqın və məcburi köçkünlərdən biridirlər. Əsir düşdükləri ilk andan Ermənistan tərəfindən xüsusi amansızlıq aktları ilə işgəncələrə məruz qalan,səhətlərində neqativ tendensiya olan bu günahsız insanların Ermənistanın müdafiə nazirliyi tərəfindən sərsəm bəyanatla kəşfiyyat xarakterli səfər məqsədi daşıdıqları üçün cinayətkar hesab edilərək Dağlıq Qarabağda separatçı rejimin təşkil etdiyi saxta məhkməylə Şahbaza 22 il, Dilqəmə isə ömürlük həbs cəzası verilməsi oxucuların diqətinə çatdırılır.

Bu sahədə beynəxalq hüquq normalarının tətbiq olunmasının vacib olduğunu, habelə bütün dövlətlərin öz üzərlərinə humanitar hüquqdan irəli gələn prinsiplərə əməl etməklə bağlı öhdəliklər götürdüyünü Ermənistanın da beynəlxalq aləm qarşısında bu öhdəliklərinə hörmət etməli olduğu məqalədə xüsusi vurğulanır. 

Bu sahədəxüsusi rola mənsub olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vəkillik missiyasının, əsir və müharibə məhbuslarının hüquqlarının qorunması, münaqişə zonasında onların səhətinin nəzarətdə saxlamanması baxımından çox önəmli olduğu vurğulanır.Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəhbəri Əli Həsənovun 16 dekabr 2015-ci ildə Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitsəinin prezidenti Peter Maurerlə görüşü və görüş nəticəsində bu təşkilatın ErmənistanınAzərbaycanlı əsirləri azad etməsi ilə bağlı köməklik etməklə bağlımüraciətin edilməsi, habelə Dilqəm və Şahbazla audio görüntülü bağlantının qurulub yaxınları ilə danışması ilə bağlı Əli Həsənov təklifi məqalədə qeyd olunur.

Əslində münaqişəzonasına, orada əsirlərin və itgin düşmüş Azərbaycan vətəndaşlarının yaşayış tərzi, onlara tətbiq olunan qaydalarla yerindəcə maraqlanıb məlumatlanmaq üçün beynəlxalq təşkilatların işğalçı Ermənistanla razılıq əldə etməsinin heç də asan olmadığını, bu ölkədə hüququn işləmədiyi oxuculara konkret faktlarla bildirilir. Habelə Azərbaycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu sahədə fəaliyyət göstərən bütün beynəlxalq institutlardan Dilqəm və Şahbazın talehiylə bağlı biganə qalmamağı, işğalçı Ermənistana bütün vasitələrlə təziq edilməsi ilə bağlı həyata keçirilən işlərdən danışılır. 

Cenevrə Konvensiyasının 3-cü maddəsi düşmən əlində bütün şəxslərin hər hansı bir mənfi ayrı-seçkilik edilmədən onların müayinə olunması tələb olunduğu halda 2016-ci ilin 14 sentyabr tarixində BMT-nin İnsan Hüquqularıüzrə ali Kommisarı Zeid Ra’ad Al Husseinin təşkilatın öz rəsmi bəyanatında Ermənistan rəhbərliyinin Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf 7 rayona rəhbərlik etdiyi təşkilatın nümayəndə heyətinin daxil olub müşahidə aparmasına imkan verilmədiyi və əsir düşmüş insanların yaxınlarının Dilqəm və Şahbazla bağlı narahatlıqları başa düşüləndi,mövcud hal dözülməz olmasını etiraf etməsi oxuculara bildirilir.


Ermənistanın Dilqəm və Şahbazla işgəncə, amansız və alçaldıcı davranışı əslində birbaşa Aprel ayında böyük itkiylə geriyə çəkilməyə məcbur qalan Ermənistan tərəfiylə beynəlxalq təşkilatların Azərbaycan arasında etimadı bərpa edərək danışıqlar masasına yenidən qayıdılması ilə bağlı etdikləri səylərə birbaşa mənfi təsir etməsi müllif tərəfindən qeyd olunur. Kəlbəcər rayonunun BMT Təhlükəsizlik Şurasınıan 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsinin Ermənistan hərbiçilərinin Azərbaycanın beynəlxalq Birlik tərəfindən tanınan suverən ərazisindən dərhal və şərtsiz çıxarılması ilə bağlı mövcud olduğu, habelə Dilqəm və Şahbazın Ermənistan respublikasının daxili juridiskansını pozmadığını, əksinə Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan torpaqlarına səfər etdikləri məqalədə oxuculara əsaslandırılır.

Məqalənin Azərbaycanın əsir düşmüş iki insanın nümunəsiylə, dünyanın bütün nöqtələrində əsir düşmüşinsanların talehi ilə bağlı bu məsələlərin siyasiləşdirilmədən yalnızca humanitar hüququn normlaraına əməl olunaraq həll olunmasının vacibliyi vurğulanır. Dünyada bu kimi halların Suriyanın Ələp şəhərində əsrilərlə davranış nümunəsinin yaratdığı neqativ presedent kimi Ermənistanın da beynəlxalq hüququn ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmamazlığ, habelə Cenevrə Konvensiyasının maddələrinə əməl etməyərək digər dövlətlərə çox pis örnək olacağı vurğulanır. Yekunda beynəlxalq sistemdə bu halların aradan qaldırılması və təkrarlanmaması üçün konkret cəza və sanksiya mexanizmlərinin mövcud olmasının vacibliyi qeyd olunur.


http://frblogs.timesofisrael.com/des-otages-azerbaidjanais-dentre-les-flammes-limites-du-droit-humanitaire-contre-larmenie/