İnsult keçirdi

7 saylı orta məktəbin direktoru vəfat edib

Bakının Səbail rayonundakı Məmməd Rahim adına 7 saylı orta məktəbin direktoru vəfat edib. Lent.az-ın məlumatına görə, ağır xəstəlikdən əziyyət çəkən Gülnaz Mehdizadə bir neçə gün əvvəl klinikaya yerləşdirilib. Noyabrın 21-də insult keçirən məktəb direktoru vəfat edib. Qeyd edək ki, G.Mehdizadə Azərbaycanın tanınmış pedaqoqlarından olub.