İki uşaq atası özünü asdı - Bakıda




Bakıda intihar hadisəsi baş verib.

Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bahar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, iki uşaq atası, 1981-ci il təvəllüdlü Vüqar Vaqif oğlu Abdullayev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.