30-dan aşağı bal toplayan müəllimlər işdən çıxarılacaq?
20:45 17.06.2017
Arxiv
469
Bir neçə il ərzində ölkədə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin sayı 140 min nəfərə yaxındır. Ən son qiymətləndirmə mayın 11-də Qaxda keçirilib və bu imtahanda 12 mindən çox müəllim iştirak edib.
Sherg.az xezerxeber.az-a istinadən bildirir ki, diaqnostik qiymətləndirmə imtahanının keçirilməsindən sonra sosial şəbəkələrdə qızğın müzakirələr başlayıb. Balı 30-dan aşağı olan müəllimlərin işdən çıxarılacağı və onların iş yerlərinin vakant kimi göstəriləcəyi ilə bağlı iddialar səslənir.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib ki, yayılan məlumatlar şayiədir. 30 baldan az nəticə göstərən müəllimlərin işdən çıxarılması məsələsi gündəmdə deyil.
Nazirlikdən həmçinin qeyd edilib ki, diaqnostik qiymətləndirmənin keçirildiyi 12 bölgə üzrə müəllimlərin 90 faizdən çox hissəsi imtahanlarda iştirak edib. Ötən ilin noyabr-dekabr aylarında baş tutan imtahanlarda iştirak edən 25 min 693 müəllimin təxminən 1 faizi imtahandan kəsilib. Həmin kontingentin bir hissəsi öz istəkləri ilə iş yerlərini tərk edə bilərlər. Amma bu, müəllimin öz istəyindən asılıdır. Lakin onlar işlərində qalıb fəaliyyətlərini davam etdirməyi planlaşdırırlarsa, ilk növbədə öz üzərlərində işləməli və yenidən hazırlaşıb diaqnostik qiymətləndirmədən keçməlidirlər.
Nazirlikdən o da bildirilib ki, diaqnostik qiymətləndirmədə iştirak etməyən, bu imtahandan keçməyən, həmin rayon və şəhərlərdəki məktəblərdə işə yeni qəbul olunan və iş yerlərini yeni dəyişən müəllimlərə görə yenidən qiymətləndirmənin keçirilməsi üçün həmin rayon və şəhərlərdən sorğuların daxil olmasını gözləyəcəklər. İstənilən halda, yay aylarında Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün mərkəzləşdirilmiş qaydada imtahanlar keçirir. Elə həmin ərəfədə də imtahan keçirməklə işə yeni qəbul olunan və iş yerlərini dəyişən, diaqnostik qiymətləndirmədən kəsilən, bu imtahana gəlməyən müəllimlərin hamısı üçün imtahan təşkil oluna və onlar diaqnostik qiymətləndirmədən keçə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Avropa Azərbaycanın qapısını döyür” - Orxan Yolçuyev (MÜSAHİBƏ)
18:36 16.03.2026
Müsahibə
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət