ABŞ-ın Ermənistandakı səfirliyi “doğuş turizmi” ilə bağlı xəbərdarlıq edib

ABŞ-da “doğuş turizmi” ilə mübarizə üzrə xüsusi bölmə yaradılıb.

ABŞ-ın Ermənistandakı səfirliyi xəbərdarlıq edib ki, turist vizaları ölkəyə uşaq dünyaya gətirmək və onun ABŞ vətəndaşlığı əldə etməsini təmin etmək məqsədilə səfərlər üçün nəzərdə tutulmayıb.

Sherg.az xəbər verir ki, diplomatik nümayəndəliyin məlumatına görə, konsulluq əməkdaşı müraciət edən şəxsin səfərinin əsas məqsədinin “doğuş turizmi” olduğu qənaətinə gələrsə, ona viza verməkdən imtina edə bilər.

Bundan əvvəl ABŞ Dövlət Departamenti “doğuş turizmi” adlandırılan praktikanın qarşısını almaq məqsədilə xüsusi bölmə yaradıb. Müvafiq tədbirlər çərçivəsində avqust ayında təxminən 600 viza ləğv edilib.