Restoranda mina həyəcanı "



Qismət" şadlıq sarayının arxa hissəsində sakinlər çox güclü təsirə malik partlayıcı qurğu aşkarlayıblar
Hadisə Bu gün saat 18:20 radələrində Bakını Yasamal rayonu ərazisində Yeni Yasamal 2 ünvanın sakinlər çox güclü təsirə malik partlayıcı qurğu tapıblar. Rayon Pols İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, mina "Qismət" şadlıq sarayının arxa tərəfində aşkarlanıb. Dərhal hadisə yerinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, minaxtaranlar və təcili yardım həkimləri cəlb olunub. Minanın zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlanıb. Ərazi təhlükəsizlik üçün boşaldılıb.