Daxili İşlər Nazirliyi noyabrın 24-də Zaqatala rayonunda baş vermiş insidentlə bağlı növbəti məlumat yayıb. Məlumat Daxili İşlər Nazirliyinin saytında dərc olunub. Bildirilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində Raqib Bədəlov saxlanıb. O, Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 29.120 (qəsdən adam öldürməyə cəhd), 221 (xuliqanlıq) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur. Noyabrın 24-də Zaqatala rayonunda baş verən silahlı insident zamanı 3 nəfər ölmüşdü, 1 nəfər yaralanmışdı.