Nazirlərin istefasını tələb ediblər

İstanbulda polislə aksiyaçılar arasında toqquşma yaşandı




Dünən Türkiyənin İstanbul şəhərində "Böyük rüşvət" əməliyyatları ilə bağlı etiraz aksiyası keçirilib.
 Kadıköy meydanına toplanan etirazçılar hökumətin və nazirlərin istefasını tələb ediblər.
İstanbul polisinin verdiyi məlumata görə, ilk qəqiqələrdə dinc xarakteri daşıyan aksiyada vətəndaşlar hökumət əleyhinə səsləndiriblər və rüşvət qalmaqalı ilə bağlı etirazlarını bildirirərək, baş verənlərə son verilməsini tələb ediblər.
Ancaq çox keçmədən aksiyaçıların arasına sızan kiçik bir qrup kənarda aksiyanı izləyən polislərə daş atmağa başlayıblar. Bu da polislərin aksiyaya müdaxilə etməsinə və onların dəyənəklərdən, su-yanğın nasoslarından, rezin güllələrdən, bir göz yaşardıcı qazlardan istifadə etməsinə səbəb olub.
Aksiyanı dağıdan polislər xeyli sayda etirazçını həbs edib.