Türk mətbuatının yaydığı xəbərə görə Almaniya kansleri Angela Merkel də Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarına getməyəcək.
Almaniya prezidenti Yoahim Qaukun da bu oyunlara qatılmayacağı barədə əvvəlcə xəbər vermişdik.
Almaniya dövlət başçılarının Soçiyə getməmələrinə səbəb kimi Rusiyada insan haqlarının tez - tez pozulması və homoseksuallara qarşı qadağalar ğöstərilir.
Almaniyanı 7-23 fevral tarixlərində keçiriləcək "Soçi - 2014" oyunlarında daxili işlər naziri Tomas de Matsire təmsil edəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ, Fransa, İtaliya, Litva dövlət və hökumət başçıları da Soçiyə getməyəcəklərini bəyan ediblər.