Türkiyədə 10 nazir dəyişdi

Ərdoğan Kabinetin yeni tərkibi açıqlanıb



Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi açıqlanıb. Yeni kabineti Türkiyənin baş nazir Rəcəb Tayyip Ərdoğan açıqlayıb. Ərdoğan deyib ki, yeni hökumətin tərkibində 10 vəzifədə dəyişiklik olub.
Baş nazirin müavini -Əmrullah İşlər
Ədliyyə naziri Bəkir Bozdağ
Ailə və sosial siyasət naziri-Ayşənur İslam
Avropa Birliyi naziri - Mövlud Çavuşoğlu
İqtisadiyyat naziri -Nihat Zeybəkçi
Ətraf və şəhərsalma naziri- İdris Güllece
Daxili işlər naziri- Əfqan Ala
Nəqliyyat naziri- Lütvi Elvan
Elm, sənaye və texnologiya naziri- Fikri İşıq
Gənclər və idman naziri- Akif Çağatay Kılıç
Yeni kabinetdə dünən istefa verən daxili işlər, ətraf və şəhərsalma naziri və maliyyə naziri ilə yanaşı adı korrupsiya qalmaqalında hallandırılmış Egemen Bağış da yeni kabinetdə təmsil olunmayıb.
Qeyd edək ki, baş nazirin Kabinetinin tərkibini təsdiqlətmək üçün açıqlamadan öncə prezident Abdulla Güllə 1,5 saatlıq görüşü olub.
***
00.19
Bir müddət öncə Türkiyə informasiya vasitələri prezident Abdulla Güllə baş nazir Rəcəb Tayyib Ərdoğan arasında görüşün təxirə salındığına dair xəbər verilmişdi. Ancaq sonradan bu görüşün keçirildiyi ilə bağlı xəbər yayıldı.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, baş nazir hökumət üzvlüyünə yeni namizədlərin siyahısının prezidentə təqdim edib.
Hazırda prezidentlə baş nazir arasında görüş keçirilir.
***
22.47
Bu gün Türkiyənin prezidenti Abdulla Güllə baş nazir Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçiriləcəyi gözlənilirdi. Bu görüş təxirə salınıb. Prezident Abdulla Gül axşam saatlarında iqamətgahını tərk edib.
Lent.az-ın «habertürk»-ə istinadən məlumatına görə, hökumət başçısı əyalət başçılarının genişləndirilmiş toplantısını keçirib.
Bunun ardınca baş nazir Ərdoğan müavini Bəkir Bozdağ, Avropa Birliyi naziri, baş müzakirəçi Egemen Bağış, mədəniyyət və turizm naziri Ömər Çelik, müdafiə naziri İsmət Yılmaz, gömrük və ticarət naziri Həyati Yazıçı ilə görüşüb.