"İŞİD-i kimlər və niyə BƏSLƏYİR ? - QƏRB KƏŞFİYYATI

"İŞİD və onun kimi terror təşkilatlarının arxasında Qərbin xüsusi xidmət orqanlarının dayandığı heç kəsə sirr deyil”.
Bunu Sherg.az-a İŞİD terror qruplaşmasının Belçika, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Kanada, Avstraliya və İtaliyanı terraktla hədələməsinə münasibət bildirərkən siyasi şərhçi Azər Rəşidoğlu deyib. 
O bildirib ki, İŞİD sadəcə olaraq supergüclər arasında Yaxın Şərqin geosiyasi xəritəsini, siyasətdə tarazlığı dəyişmək üçün alətdir:
"Səddam Hüseynin ordusunda yüksək vəzifə tutmuş hərbçilərin orada olması təşkilata bir fon verir. İdarə olunan, sabitliyi pozmağa yönələn və Amerikanın məqsədlərini həyata keçirən terror təşkilatı olduğuna görə, onların bəyanatlarına qarşı ölçü götürmək lazımdır. 
İŞİD-in atacağı addımlar onun öz istəyi ilə olmayacaq. Məsələn, Qərb Rusiya və ya İrana qarşı hansı planları hazırlayırsa, terror təşkilatı ona uyğun hərəkət edəcək. İŞİD-in terrorla hədələdiyi dövlətlər asanlıqla birləşib, təşkilatı məhv edə bilərlər. Ancaq hələ ki, qurum geosiyasi maraqlar üçün istifadə olunur. Yəni lazımlı olduğuna görə, ona toxunulmur.
Baş verənləri xristian-müsəlman sivilizasiyalarının qarşıdurması kimi təqdim etməyin də əleyhinəyəm. İŞİD terror təşkilatıdır və İslama heç bir bağlılığı yoxdur. Bir daha qeyd edirəm ki, İŞİD Qərbin xüsusi xidmət orqanları tərəfindən idarə olunan, geosiyasi maraqlar üçün istifadə olunan təşkilatdır”.
Ayyət Əhməd