Mikayıl Cabbarovdan "Son zəng"lə bağlı ƏMR




Təhsil naziri Mikayıl Cabbarov respublikanın ümumtəhsil məktəblərində ənənəvi "Son zəng" tədbirinin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə əmr imzalayıb.

Sherg.az Trend-ə istinadən xəbərinə görə, əmrdə qeyd edilir ki, "Son zəng" tədbiri 14 iyun 2017-ci il tarixdə hər bir müəssisənin ərazisində təşkil olunacaq.