Türkiyəli nazir Natiq Əliyevin vəfatı haqda: "Çox ağır durumda gəlmişdi..."




Türkiyənin səhiyyə naziri Receb Akdağ Azərbaycanın energetika naziri Natiq Əliyevin İstanbul klinikalarından birində vəfat etməsi ilə bağlı jurnalistlərin suallarına cavab verib.

Sherg.azvirtualaz.org-a istinadən xəbər verir ki, nazir "İstanbula təyyarədən yeni endiyini, nazirin vəfatı ilə bağlı xəbəri indi aldığını, təfərrüatları bilmədiyini" deyib.

"Məsələnin ancaq bu tərəfini bilirəm ki, bir neçə gün əvvəl Azərbaycan tərəfindən tələb aldıq. Bu tələb əsasında buradan ambulans-təyyarəmizi götürdük və dəyərli nazirimizi Türkiyəyə müalicəyə gətirdik. Amma çox ağır durumda gəlmişdi. Türkiyəyə gələrkən durumu son dərəcə ağır idi"-Receb Akdağ bildirib.