Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə təlim keçir




Azərbaycan ilə Türkiyə hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq, iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Təlimlər iyunun 16-dək davam edəcək.