“Qanun” 150 min cərimələndi

Şahbaz Xuduoğlu: “Belə bir nəşriyyatı məhv etməkdə məqsəd nədir?”


"Qanun” nəşriyyatı 150 min cərimə edilib. Mən də şahid qismində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq idarəsinə çağırılmışam. Eyni zamanda, Vergilər Nazirliyi əməkdaşlarının zorakı yolla sənədlərimizi müsadirə etməsinin qanunsuz hesab edilməsi barədə məhkəməyə müraciətimiz də təmin edilmədi”.

Bunu "Şərq”ə açıqlamasında nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu bildirib. Onun sözlərinə görə, kitabı dirildən yeganə nəşriyyatı boğurlar: "Belə bir nəşriyyatı məhv etməkdə məqsəd nədir? Kimin ərazisinə girmişik, kimə mane oluruq?!”

Məhkəmənin qərarına etiraz edən naşir yuxarı instansiya məhkəmələrinə müraciət edəcəklərini deyib: "Burada haqqımızı bərpa edə bilməsək, Avropa Məhkəməsinə müraciət edəcəyik. 150 min cərimə barədə qərardan vergilər nazirinə yazmışıq. Cinayət işinə başlanılıb. İstintaq prosesində vəkilimizlə birgə iştirak edəcəm”.

Ayyət