"Yuxuda dişləri qıcamaq psixi təsirlərdən, əsəbdən yaranır”.
Bu barədə "Sherg.az”a uşaqlarda və böyüklərdə rast gəlinən gecə dişləri qıcamaq hallarının səbəblərindən danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Professorun sözlərinə görə, bədəndə toksik maddələr ifraz olunur və yuxu prosesində bu maddələrin təsiri ilə dişlərin qıcanması baş verir:

"Toksik maddələr özləri də sinir sisteminə təsir edir, sinir impulslarının ritmini pozur. Nəticədə belə disbalans yaranır. Qıcıqlandırıcı faktorlar ortaya çıxdıqda, uşağın müəyyən hərəkətləri müşahidə edilir. Əlavə olaraq, yatarkən ağızdan su gəlmək, bədənin allergik reaksiyaları qeyd etdiyimiz toksik maddələrin təsirindən baş verir.
Böyüklərdə müşahidə olunan diş qıcama hallarının da səbəbi məhz stress, sinir sistemi narahatlıqlarıdır. Bunları aradan qaldırmaq üçün həkim məsləhəti almaq lazımdır”.
Aysel Aslan