Ordu sərhəddən geri çəkildi

Rusiyanın Müdafiə Nazirliyi bu barədə rəsmi məlumat yayıb



Rusiyanın uzaq poliqonlarda hərbi təlimlərdə iştirak edən hərbi hissə və qoşunları Ukrayna ilə sərhəddən çəkilib və daimi dislokasiya məntəqələrinə qaytarılıb.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, hərbi təlimlərdə iştirak edən hərbçilər mayın 21-də 4 dəmiryol eşolonu və 15 İl-76 təyyarəsi ilə Rostov, Belqorod və Bryansk vilayətlərindən ayrılıb.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəddən Rusiya qoşunlarının geri çəkilməsinə dair əmr vermişdi. Putin bunu Ukraynada yaxınlaşmaqda olan seçkilər üçün əlverişli şərait yaratmaq üçün etdiyini açıqlamışdı. Lakin rəsmi Kiyev və NATO buna inanmayaraq, Rusiya hərbi qüvvələrinin hələ də Ukrayna ilə sərhəddə qaldığını bəyan etmişdi.