Benzinin bahalaşması və təbii fəlakətlər qiymət artımına təsir edib

İqtisadçı-ekspert təklif edir ki, kənd təsərrüfatına ucuz kreditlər ayrılmalıdır



Mövsümlərdə meyvə-tərəvəz məhsullarının bahalaşmasını cəmiyyət artıq adi hal kimi qəbul edir. Elə Statistika Komitəsinin 2014-cü ilin yanvar-aprel ayları üçün açıqladığı məhsullar üzrə qiymət göstəriciləri də bunu deməyə əsas verir.

İqtisadçı-ekspert Samir Əliyev isə "Şərq”ə açıqlamasında meyvə-tərəvəz məhsullarının bahalaşmasının 3 səbəbini götərib: "İlk növbədə keçən ilin dekabr ayında yanacağın qiymətinin artmasıdır. Daha sonra təbii fəlakətlər və inhisarçılığın mövcudluğu qiymətlərin bahalaşmasına səbəb olur. Sadaladığım səbəblər üzrə qiymət artımları müşahidə olunur”.

S.Əliyev təklif edib ki, kənd təsərrüfatına ucuz kreditlər ayrılmalıdır: "Daha çox istehsal sahələrinə yardımlar edilməlidir. İstehsal sahələrində vergi güzəştləri edilməlidir. Bu sahədə sığortanın tətbiqini gücləndirmək lazımdır. Fermerlər fəaliyyəti stimullaşdırmalıdır. Kompleks tədbirlər nəticəsində məhsulun qiyməti ucuzlaşa bilər. Ümumiyyətlə, hökumət qeyri-neft sektorunun inkişafına mütləq qayğını artırmalıdır”.

Vüqar Şahinoğlu