Gürcüstanda azərbaycanlı icra başçısı vəzifəsinə namizəd oldu





 İyunun 15-də Gürcüstanda keçiriləcək yerli özünüidarə seçkilərində "Milli Hərəkat” partiyası Marneuli şəhərində icra başçısı vəzifəsinə namizəd kimi azərbaycanlını təqdim edib.

ANS TV-nin məlumatına görə, bunu Azərbaycanlılara hörmət və diqqət kimi hesab edən Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi təşəkkür tədbiri təşkil edib.

Tədbirdə Hacı Əli Əliyev partiya lideri Davit Bakradzeyə Qurandan ayələrin əks olunduğu rəsm hədiyyə edib.