5 yaşında 80 kilodur: Müalicəsi tapılmasa öləcək

Braziliyada yaşayan 5 yaşlı Misael Caldogno Abreu adlı bir uşaq yaşıdlarından üç dəfə ağırdır. Tam 80 kiloqram olan Misaelin, nadir rast gəlinən və genetik bir qida pozğunluğu kimi tanınan   Prader Willi sindromuna yaxalandığı bildirilir.
Yuxusunda tez-tez nəfəsi kəsilən Misaelin ailəsi də bir gün oğullarının oyana bilməyəcəyindən narahatçılıq keçirir. Davamlı yemək istəyən uşağın atası 38 yaşlı Manoel Abreu, "Onun üçün hər şey çox çətindir. O bir yeniyetmənin  kilosunu daşıyan bir körpədir" deyərək hüznünü ifadə edir. Həkimlər, Misaelin müalicə edilməsə öləcəyini söyləyir.