Vəzifəli çeçenin qızı Türkiyədə saxlanıldı: İŞİD məsələsi...




Türkiyənin İstanbul şəhərində Rusiya Federal Miqrasiya Xidmətinin Çeçenistan üzrə rəhbəri Asu Dadurkayevin qızı saxlanılıb.

Axar.az xəbər verir ki, onun İŞİD-lə əlaqəsinin olması ehtimal edilirdi, ancaq sonradan qızın ailəsinin də məlumatına əsasən, o, İŞİD-dən qurtulmağa çalışıb.

Çeçenistan Respublikasının İnsan Hüquqları Şurasının üzvü Heda Saratova Səda Dadurkayevin anasının onlar müraciət edərək qızının geri dönməsinə yardım göstərilməsini istədiyini söyləyib.

Saratova qeyd edir ki, iki uşaq anası olan Dadurkayevin həyat yoldaşı öldükdən sonra qaynı tərəfindən zorla saxlanılıb.