ABŞ İranın kiberhücumuna hazırlaşır




"İran ABŞ-ın vacib sistemlərinə intensiv kiberhücumlar təşkil etmək üçün lazımi kompüter infrastrukturu hazırlayıb”.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə ABŞ hökumət strukturlarına istinadən NBC məlumat yayıb.

Məlumatda bildirilir ki, İran ABŞ-ın, eləcə də Almaniya, Böyük Britaniya və digər Avropa, eyni zamanda bəzi Yaxın Şərq ölkələrinin elektrik sistemlərinə, hidroelektrik stansiyalarına, texnoloji şirkətlərinə hücum hazırlığına başlayıb. Lakin hələ ki hücumun yaxın gələcəkdə həyata keçiriləcəyinə dair hər hansı məlumat yoxdur. Vaşinqton hazırda kibermüdafiəni gücləndirir, mümkün əks tədbirləri öyrənir və öz müttəfiqlərini xəbərdar edir.

İranın BMT-dəki daimi nümayəndəliyinin mətbuat katibi Əlirza Miryusefi isə İranın ABŞ-la kibermüharibəyə girmək niyyəti olmadığını bəyan edib.