Çimərlikdə daha 3 nəfər boğularaq öldü






İyulun 15-də Azərbaycanın müxtəlif ərazilərində 3 nəfər çimərkən batıb. Lent.az-ın məlumatına görə, Bakı şəhər sakinləri Emin Axundov Göradil çimərliyində, Vitaliy Zinovyev Duzlu göldə, Ucar rayon sakini Güllər Salmanova isə H.Zeynalabdin qəsəbəsinin ərazisindəki dənizdə çimərkən boğulub. Onların meyitləri sudan çıxarılıb.
Hər bir faktla bağlı araşdırma aparılır.