Paralimpiya Oyunlarının qalibi bu ölkədir

Çin komandası ardıcıl altıncı dəfə Paralimpiya Oyunlarının qalibi olub.

Axar.az xəbər verir ki, çinlilərin hesabında 196 medal var.

Bura 86 qızıl, 65 gümüş, 45 bürünc daxildir. Böyük Britaniya komandası 107 medalla (45-36-26) ikinci yerdədir.

2024-cü il Paralimpiya Oyunlarını vaxtından əvvəl qazanan Çin 2004-cü ildən bəri uduzmayıb.