"Ermənistanda ölkənin müdafiə qabiliyyəti ilə bağlı tərəddüdlər yaranıb" - Şərh





"Ermənistanın Mingəçevir SES-i vurmağa nə hərbi potensialı, nə də cəsarəti çatar”.

Bunu "Sherg.az”a siyasi ekspert Zaur İbrahimli deyib. 

Politoloq bildirib ki, bu cür açıqlamalar daxili auditoriyaya hesablanıb:

"Azərbaycanın hərbi potensialının əyani nümayişindən və son zamanlar keçirilən təlimlərin sonra Ermənistan cəmiyyətində ölkənin müdafiə qabiliyyəti ilə bağlı tərəddüdlər yaranıb.

"Düşmən ölkədəki vəziyyət açıq ifadə olunmasa da, müzakirələr zamanı vurğulanır. Həmçinin, Paşinyan iqtidarına bununla bağlı eyham vurulur. Azərbaycan rəhbərliyinin açıqlamaları Ermənistanda gizlədilməyən narahatlıq yaradır.

Xüsusən, Azərbaycanın müasir raket komplekslərinə malik olması ciddi təhdid kimi qəbul olunur. Bunlarla yanaşı 2016-cı il aprel döyüşlərinin yaratdığı ağır travma və havadarların köməyə gəlməyəcəyi qorxusu da öz sözünü deyir. Bütün bunların fonunda Ermənistan rəhbərliyi və hərbçiləri cəmiyyəti sakitləşdirmək ehtiyacı hiss edirlər. Mingəçevir SES-lə bağlı açıqlamalar da bu məqsədə xidmət edir”.

İsmayıl