KTMT-nın baş katibinə qarşı ittiham irəli sürülüb





Kollektiv Təhlükısizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb.
"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb.

O, konstitusiya quruluşunu devirməkdə ittiham olunur. İstintaq Xidməti Y.Xaçaturov barəsinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatətlə müracit edib.

Y.Xaçaturov 2008-c il martı 1-2-də baş vermiş hadisələrlə bağlı cinayət işi üzrə Xüsusi İstintaq Xidmətinə çağırılıb.