Akif Aşırlı: “Azərbaycanın imicinin möhkəmlənməsi üçün ciddi işlər görülür”





"Bu gün Azərbaycanın dünyada imicinin, mövqeyinin möhkəmlənməsi üçün çox ciddi işlər həyata keçirilir”. 

Bunu SİA-ya açıqlamasında "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Baş redaktorun sözlərinə görə, cənab Prezidentin Fransaya səfəri və İtaliya dövləti ilə münasibətlər bu zəmində xüsusilə diqqəti çəkir: 

"Əlbəttə ki, Azərbaycan müstəqil dövlət kimi Avropa və dünyanın inkişaf etmiş ölkələri ilə ikitərəfli münasibətlərə daha çox üstünlük verir. Bu Azərbaycanın müstəqil bir dövlət olaraq xarici siyasətinin əsas prioritetlərindən biridir. 


Hesab edirəm ki, bu cür səfərlər və səfərlərdə əldə olunan nəticələr Azərbaycanın inkiaşfına, xaricdə, beynəlxalq aləmdə imicinin möhkəmlənməsinə xidmət edir. Əlbəttə ki, Fransanın mövqeyi zaman-zaman dəyişkən olub. Son dönəmlər isə onu göstərir ki, artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha aydın və daha düzgün mövqe sərgilənir. Təbii ki, bu müsbət haldır”.