Son illər Azərbaycanda intihar halları kəskin şəkildə artıb. Oxşar hallardan biri də dünən Abşeronda baş verib. Belə ki, 26 yaşlı gənc oğlan özünü 8-ci mərtəbədən ataraq intihar dib. Hazırda bu hadisənin bəzi detalları üzə çıxıb. Araşdırma zamanı məlum olub ki, "Kristal Abşeron” yaşayış kompleksində yaşayan bu şəxs Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Tural Ramiz oğlu Nağıyev olub. T.Nağıyev həmin binada kirayədə yaşayırmış. O, əvvəlcə ülgüclə damarlarınıı doğrayıb, sonra isə özünü binadan aşağı atıb.İntiharın səbəbləri hələlik məlum deyil.Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. İntiharın səbəbləri araşdırılır.
Məsələ ilə bağlı "Sherg.az”a danışan psixoloq Azad İsazadə bu cür hadisələrin son vaxtlar dəb halını aldığını söyləyib.
Onun sözlərinə görə, intihar olaylarının bəzi xüsusiyyətləri var:
"Onlardan ən əsası yaşla bağlı olan elementlərdir. Dünya statistikasına görə, intihara ən çox gənclər təşəbbüs göstərir. Yəni həmin yaş kateqoriyasında insanlar maksimalist olur. Uşaqlıq vaxtında problemlə rastlaşmayıb, müəyyən yetkinlik dövründə hər hansısa bir uğursuzluqla qarşılaşanda onlara elə gəlir ki, dünyanın sonudur və onlar üçün həyat artıq bitib.
Ona görə də,intihar edirlər. Amma bütün intiharlar bu səbəbdən baş vermir. Bəzən insanlar sevgiyə görə də, canlarından keçirlər. Təbii ki, iki insan bərabər olduqda onların uyğunlaşan xarakterləri olduğu kimi, fərqli xüsusiyyətləri də olur. Artıq iki tərəfdən biri digərindən ayrıldıqda adətən tərk edilən insan çıxış yolunu itiharda görür. Beləliklə də xoşagəlməz sonla qarşılaşıq. Hətta abituriyentlər qəbul imtahanında zəif nəticə göstərdikdə də yaşamaqdan imtina edirlər. İnsanlar xüsusən də gənclər bu kimi səbəblərin təsiri altından çıxa bilmədikdə özlərinə qəsd edirlər”.
A.İsazadə onu da bəyan edib ki, sosial mediada belə olaylarla bağlı maarifləndirmə işləri aparılmır:
"Bəzən biz intiharların təkrar olunması hadisələri ilə də qarşılaşırıq. İntihar hadisələrinin kütləvi şəkildə insanlara çatdırılması düzgün deyil. Çünki elə olaylardan təsirlənib, onu təkrarlayanlar da ola bilər. Məsələn, dünya telekanalları Səddam Hüseynin asılaraq edəm olunması səhnəsini göstərəndə həmin il intihar hadisələrinin çoxu özünü asma ilə bağlı olmuşdu. Əsasən də belə olaylar şərqdə müsalman ölkələrində yaşanır. Bundan əlavə hər hansısa bir şəxsin probemləri varsa, artıq onlara dözə bilmir, yaşamaq istəmir, bu zaman kənardan intiharla bağlı müşahidə etdiyi ilk vasitəyə fikirləşmədən əl atır.
Psixi pronblemləri olan şəxslər sağlam fikirləşə bilmədiyi üçün sosial mediada olan hər hansısa bir vasitəyə çıxış yolu kimi baxa bilər. Bundan başqa bir neçə ay əvvəl dünyada "Mavi Balina” kompüter oyunu yayılmışdı. Həmin oyunda insanlara damarını kəsmək, binadan tullanmaq kimi intihar hadisələri ilə nəticələnən olaylar yaşadırdı. Onun qarşısını aldılar. Amma nisbətən oyunun təsirləri insanlarda qalmaqdadır. Ümumiyyətlə, intihar hadisələrinin artmasına sosial medianın da böyük təsirləri var”.
Kənan Eynuroğlu