İqtisadçı beynəlxalq reytinq agentliyinin hesabatı ilə razıdır: " İqtisadiyyatımız 3 faiz artacaq"

"Azərbaycan iqtisaqdiyyatının inkişafı üçün bütün imkanlarımız var"
Bu barədə "Sherg.az"a "Standard &Poor"s" reytinq agentliyinin "Azərbaycan iqtisadiyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq" proqnozuna münasibət bildirərkən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib.
Onun sözlərinə görə, reytinq agentlikləri belə proqnoz verdikdə müəyyən şərtlərin yerinə yetiriləcəyi təqdirdə bunun baş tutacağını nəzərdə tutur:
"Mən də həmin reytinq təşkilatının fikirləri ilə razıyam. Həqiqətən də bu, Azərbaycan kimi tərəqqipərvər ölkədə mümkündür. Bəzi iqtisadçı həmkarlarımdan fərqli olaraq agentliyin açıqlamalarına inanıram. Çünki bunun üçün ölkəmizin iqtisadi potensialı var. Ancaq bu sahə ilə bağlı irəli sürülən şərtlər yerinə yetirilərsə, Azərbaycan iqtisadiyyatı 2018-2021-ci illər ərzində 3faiz artacaq. 2015-ci ildə baş verən hadisələr sanki bizə bir dərs oldu. 
Ondan sonra ölkə iqtisadiyatının bir daha belə bir vəziyyətlə üzləşməməsi üçün lazımi təbirlər görüldü və hətta indi də davam edir. Biz bütün planlara və yol xəritələtrinə əməl etsək, iqtisadiyyatımızda ciddi inkişafa nail ola bilərik. Bir daha təkrar edirəm, reytinq agentliklərinin Azərbaycan iqtisdaqdiyatı ilə bağlı müsbət hesabatının əsası var. Sadəcə, bunu göstərilən tələblərə uyğun şəkildə idarə etməliyik. O zaman da hər kəs reytinq agentliyinin açıqlamalarına inanacaq".
Qeyd edək ki, Standard & Poor’s" reytinq agentliyinin hesabat açıqlayıb. Təşkilatın hesabatında göstərilib ki, Azərbaycan iqtisadiyyatı 3 il ərzində -2018-ci ildən 2021-ci ilə qədər orta hesabla 3 faiz artacaq. "Standard & Poor’s" reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda "VV+/V" səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib.
Kənan Eynuroğlu