52 milyon il yaşı olan meyvə qalığı kəşf edildi

Alimlər, Cənub Amerikanın Patagonya bölgəsində 52 milyon illik meyvə qalığı tapıb.
Pensilvaniya Əyalət Universitetinin araşdırmaçıları, qitənin cənub ucunda Argentina və Çili arasında yerləşən Patagonya Təbiət Qoruma sahəsindəki meşədə 52 milyon yaşında olduğu təxmin edilən bir yer albalısının qalığını kəşf edib. Kömür təbəqəsi içində qalmış meyvənin, pomidor, kartof və bibər kimi bu gün geniş şəkildə istifadə edilən yer meyvələriylə eyni bitki ailəsindən olduğu ifadə edilib. 
Araşdırmaçılar, yeni tapıntının bitki sinifinin keçmişinin güman edildiyindən 10 milyon il daha qədim olduğunu ortaya çıxardığını qeyd edib. Meyvənin eyni ailənin fərqli qollarını əmələ gətirən pomidorkimilər və yer albalılarıyla bənzər xüsusiyyətdə olduğu bildirilir. Pensilvaniya Universitetinin Prof. Dr. Peter Vilf, qalığın bu gün 2 mindən çox növü özündə birləşdirən bitki ailəsinə aid ən qədim qalıq olduğunu söyləyib. Vilf, "Ətrafı kağız incəliyində çanaqla bağlı bir albalıdan danışırıq. Daha əvvəl belə bir şeyin qalıqlaşa biləcəyini təxmin edə bilməzdik.” deyə bildirir. Argentinanın Paleo Botanika Muzeyi səlahiyyətlisi N. Ruben Cuneo da qalığın tapıldığı Patagonya ehtiyatında bitki elmində cığır açacaq başqa qalıqların da ola biləcəyinə işarə edir. Kəşfə dair məlumatlar "Science” jurnalında nümayiş olunub.