Abdulla Gülün xanımı: "Sənə çox əsəbiyəm"





Türkiyə prezidenti Abdulla Gülün vida ziyafətində ən diqqəti çəkən məqamlardan biri həyat yoldaşı Hayrünnisa Gülün jurnalistlərə açıq etirazı olub.
Lent.-az-ın Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, xanım Gül həyat yoldaşına xeyli sayğısızlıq edildiyini deyib. O bildirib ki, nələr yazıldığını, nələr söylənildiyini yaxşı bilir: " Abdulla bəy mən üzülməyim deyə interneti bağlayırdı, günlük media bülletenlərini oxumağıma imkan vermirdi. Amma mən hər şeyi bilirəm. Abdulla bəy kübarlığından söyləmir. Ona çox yanlışlar, çox sayğısızlıqlar edildi".
Birinci xanım ziyafətdə iştirak edən "Yeni Şafak" qəzetinin yazarı Abdülkadir Selviyə "sənə çox əsəbiyəm" deyib və onunla salamlaşmayıb.
O, Abdulla Güllə şəkil çəkdirən ATV təmsilçisi Mehmet Akarcaya da qəzəbini ifadə edib.