IŞİD zülmünə görə əngəlli uşağını səhrada buraxıb getdi





İraqda IŞİD zülmündən qaçan yezidlər arasından bir ana həyatının ən çətin qərarını vermək məcburiyyətində qaldı. Digər uşaqları üçün mane olan körpəsini səhrada buraxıb getdi.
Peşmergeler tərəfindən Sincar qəsəbəsi xaricində arxa üstə olan 3 yaşlarındakı uşağın bir tərəfinin tamamilə iflic olduğu və 50 dərəcə qovurucu günəş altında ən az 24 saat keçirdiyi təxmin edilir.
Şimali İraqda bir xəstəxanaya qaldırılan uşağın həyatı üçün təhlükə yoxdur. Ancaq həkimlər, iflic səbəbiylə gözlərini günəşdə qapada bilməyən əngəlli uşağın, gözlərinin günəşdən quruduğu,  görmə qabiliyyətini itirə biləcəyini açıqladı.
Uşağın IŞİD hücumu əsnasında çaxnaşma yaşayan bir ananın digər uşaqlarını qurtarmaq üçün geridə buraxıldığı təxmin edilir.