Serj Azərbaycana gəlir






Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan torpaqlarına səfər edəcək.
ANS PRESS-in məlumatına görə, Ermənistan prezidenti sentyabrın 2-də qondarma Dağlıq Qarabağ Respublikasına səfər planlaşdırır.
Serj Sarkisyanın başçılıq etdiyi nümayəndə heyətinin gələcəyi gün bölgədə hərbi parad keçiriləcək. Eyni zamanda, 2 sentyabr tarixində hərbi texnikanın nümayişi də planlaşdırılıb.

Qeyd edək ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının qərb bölgəsidir. Tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Respublikasının, tərkib hissəsi olub.

İndiki Azərbaycan Respublikasının tərkib hissəsidir. Hal-hazırda ətraf ərazilərlə yanaşı (cəmi 11 min km²) Ermənistan Respublikasının işğalı altındadır.