Sosial şəbəkələrdə bu tualetdən danışılır

Samsunda bənd gölünə mənzərəsi olan açıq tualet paylaşıldıqdan sonra sosial mediada trend mövzusu olub. 

Sherg.az xəbər verir ki, Bafra Altınkaya Anbarı yerindəki təpədə yerləşən açıq tualet Murat Somuncu tərəfindən çəkilərək sosial mediada paylaşılıb. Maraqlı tualet qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb. Burada tualetin niyə tikildiyi maraq doğurub və görənləri təəccübləndirib.
Yerli sakinlər isə tualetin tikintisinin yarımçıq qaldığını, heç istifadə olunmadığını və götürüləcəyini bildiriblər.