Əşrəf Naf öldürüldü

İsrail Müdafiə Qüvvələri İordan çayının Qərb sahilində keçirdiyi əməliyyat nəticəsində Fələstinin HƏMAS hərəkatının rəhbərlərindən biri olan Əşrəf Nafı zərərsizləşidirib.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilir ki, Naf İsrail əsgərlərinə hücumda, partlayıcı maddələr hazırlamaq və HƏMAS sıralarına üzvlər cəlb etməkdə məsuliyyət daşıyır.