Sumqayıtda küçədə yıxılan 83 yaşlı qadın ölüb

Sumqayıtda küçədə yıxılan 83 yaşlı qadın 11 gün sonra ölüb.
APA xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb.
1942-ci il təvəllüdlü Salmiyanova Tatyana Salmiyanovna 12.07.2024-cü il tarixdə yıxılaraq xəsarət alıb.
Sumqayıt şəhər 1 saylı Mərkəzi Xəstəxanasına yerləşdirilən qadın 11 gün sonra orada ölüb.
Fakt araşdırılır.