Pediatr: Dərmanlar uşaqların əl çatdığı yerdən uzaqda tutulmalıdır

Qax rayonunda iki yaşlı körpə dərmandan zəhərlənib.
"Report" xəbər verir ki, Qax şəhərində yaşadığı evdə nəzarətsiz qalan 2022-ci il təvəllüdlü A.Nemətzadə qəbzlik əleyhinə dərmanları içib.
Nəticədə zəhərlənən körpə xəstəxanaya yerləşdirilib.

Pediatr Günay Rəsulova “Sherg.az”a bildirib ki, doza həddini aşan hər dərman bir zəhərdir:

“Ona görə də bütün dərmanlar uşaqların əl çatdığı yerdən uzaqda tutulmalıdır. Qəbzlik, vitamin kompleksləri, D vitamini və.s dərmanların doza artıqlığı zəhərlənməyə gətirib çıxara bilir. Bu həmçinim qızdırma dərmanlarına da aiddir. Hətta valideynin dərmanın dozasını çox verərməsi də uşaqda zəhərlənməyə səbəb olur. Ona görə də valideynlər uşaqlara dərman preparatını yazdığı dozadan artıq və ya müalicəvi dozadan əskik istifadə etməməlidir. Sözü gedən qəbzlik dərmanlarının çoxu ferment əsaslı preparatlardır. Onun da çox qəbul olunması yan təsirlərə və uşaqda zəhərlənmə əlamətlərinin yaranmasına gətirib çıxara bilər”.