Tramp Harrisdən danışdı, məhkəmə ilə hədələndi

Kamala Harrisin komandası Trampı məhkəmə ilə hədələyib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası yazıb.
Bildirilir ki, buna səbəb Trampın Kamala Harrisi “kinli və pis” adlandırması olub.
Harris kampaniyasının sözçüsü Ammar Musa bildirib ki, vitse-prezident Kamala Harris karyerasını cinayətkarları ədalətə çağırmağa həsr edib:
“Donald Tramp da istisna olmayacaq. Vitse-prezident Harris karyerasını adi insanların həyatını yaxşılaşdırmağa həsr edib, Tramp isə yalnız özünü düşünür”.