"Qızıl qollu adam"- 2,5 milyon körpənin həyatını necə xilas etdi?

James Harrison “qızıl qolu” ilə dünyada tanınır. J.Harrison 14 yaşında olarkən ağır əməliyyat keçirib və bu zaman ona 13 dəfə qan köçürülüb. J.Harrisona qan köçürülməsəydi, öləcəkdi. O, ölsəydi, 2,5 milyon körpənin həyatı da xilas edilməyəcəkdi.  
“Sherg.az” “tr.mashable.com”a istinadən bu qəribə həyat hekayəsini təqdim edir. J.Harrison, 18 yaşına çatdıqda illər əvvəl ona bağışlanan qanları geri qaytarmaq qərarına gəlib. O, bir zamanlar ona edilən yaxşılığı, mərhəməti qarşılıqsız qoymayıb. 2015-ci ildə verdiyi açıqlamada J.Harrison bildirib ki, əməliyyatdan sonra donor olmaq qərarına gəlib: “bağışlayacağım qanların neçə insanı xilas edəcəyini bilmirdim. Onları heç vaxt tanımadım”. Avstraliya Qızıl Xaç Qan Bağışı Bölümünün əməkdaşı Jemma Falkenmire “bağışlanan bütün qanlar qiymətlidir, amma Ceymsin qanı xüsusən əhəmiyyətlidir”, deyib. J.Harrisonun qanı daha dünyaya gəlməmiş körpələrinə qarşı aqressiv davrana biləcək hamilə qadınlara nəql edildikdə, həqiqətən həyat xilas edən əlac təsiri bağışlayır. Məsələ burasındadır ki, J.Harrisonun qanı çox nadir rastlanan "Rh (D) immunoglobulin antikorlarına" (digər adıyla anti-D antikoru) sahibdir. Yəni Rh uyğunsuzluğu kimi bilinən durumlarda Harrisonun qanı körpələrin həyatını xilas edir.  Rh neqatif olan bir yaxını olanlar bu problemdən xəbərdardır. Tibdə buna “yeni doğulmuşlarda hemorajik xəstəlik” deyilir. Bu xəstəlik ana ilə körpənin qan qrupları arasında uyğunsuzluq olduqda yaranır və hamiləlik zamanı ortaya çıxır, qarşısı alınmazsa, təhlükəli vəziyyət yarana bilər. Qan hüceyrələrinin bir-biri ilə mübarizə aparması səbəbindən körpə dünyaya gəlməmiş tələf ola bilər. Ona görə də qan analizlərində uyğunsuzluq aşkarlandıqda hamilə qadınların qanına  anti-D – antivirusu yeridilir. J.Harrisonun qanı da anti-D antiviruslara sahibdir. Bu gün həkimlər anti-D əldə etmək üçün “plazma qanı”ndan istifadə edir. Bu isə qanında RhD antigenlərinə həssaslığı olan Rh qrupuna aid insanların qan plazması olmalıdır. J.Harrisona isə kiçik yaşlarında qan nəql edildiyi üçün o, bu anti-viruslara sahibdir və bu səbəbdən  də qanı çox “dəyərli” hesab edilir.