ABŞ-nin keçmiş prezidentinin ölüm xəbəri təkzib edildi

KİV-də ABŞ-nin keçmiş prezidenti Cimmi Karterin ölümü ilə bağlı saxta xəbər yayılmağa başlayıb.

Oxu.Az xəbər verir ki, sentyabrda siyasətçinin 100 yaşı tamam olacaq və o, böyük ehtimalla müalicə üçün xəstəxanadadır.

Saxta xəbər aktivist Laura Lumerin "X" sosial şəbəkəsindəki paylaşımından sonra yaranıb və internetdə sürətlə yayılmağa başlayıb.

Eyni zamanda, rəsmi mənbələr Karterin ölümünü təkzib ediblər.