İsrail Xan-Yunisdə HƏMAS döyüşçülərini məhv etdi

İsrail Müdafiə Qüvvələrinin əsgərləri bir gün əvvəl Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri ərazisində başlayan əməliyyat zamanı silahlı radikalların bir dəstəsini məhv ediblər.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir.

Bildirilib ki, İsrail əsgərləri ərazidə döyüşür və terror infrastrukturunun ləğvini həyata keçirirlər.