Ukrayna böhranı: Avropa Rusiyaya cavab hazırlayır





Ukraynanın şərqinə Rusiya qoşunlarının yeridilməsi barədə ittihamlardan sonra Brusseldə toplaşan Avropa liderləri Moskvaya qarşı növbəti addımlarını müəyyən etməlidirlər.
Cümə günü NATO Moskvanı Ukrayna suverenliyini pozmaqda suçlayıb. Moskva bu kimi ittihamları daima rədd edir.
Brussel toplantısında 28 ölkəni təmsil edən nümayəndələr həmçinin Avropa Şurasının sədri Herman Van Rompuy və Avropanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonu əvəzləyəcək namizədləri nəzərdən keçirməlidir.
Brusseldə keçən sammitə Ukrayna prezidenti də baş çəkib.
Cümə axşamı  Petro Poroşenko Rusiya Ordusunun Ukraynaya daxil olduğunu bildirib.
"Dünya Ukraynada vəziyyətin qəfil gərginləşməsinə qiymət verməlidir", Poroşenko qeyd edib.
Bəzi xəbərlərə əsasən rusiyapərəst qüvvələr İllovaysk şəhəri yaxınlığında mühasirəyə düşən Ukrayna hərbçilərinə Şənbə günü səhərədək təslim olmaq barədə ultimatum veriblər.
Şərqi Ukraynada davam edən döyüşlərdə 2,500-dən artıq adam həlak olub.