Rafiq Hüseynov müayinə üçün yenə Türkiyəyə gedir






"Müayinə olunmaq üçün sabah yenidən Türkiyəyə gedəcəyəm”.
Bunu APA-ya xalq artisti, məşhur diktor Rafiq Hüseynov deyib.
Onun sözlərinə görə, hazırda səhhəti ilə bağlı ciddi şikayəti olmasa da, həkimlərin məsləhəti ilə müayinədən keçməsi zəruridir: "İşə çıxıram, sağlamlığımdan ciddi mənada şikayətim yoxdur. Şükür Allaha, yuxum, yeyib-içməyim qaydasındadır. Müayinədən keçim, görüm, həkimlər əməliyyatdan sonra ümumi vəziyyəti necə qiymətləndirirlər”.

R.Hüseynov əlavə edib ki, Bakıya sentyabrın 4-də qayıdacaq.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.