“Ot örtüyünü xaricdən gətirməli olacağıq” –T.Bəhramov adına stadionun direktoru




"Bu gün iclas keçirdik. Bütün variantlara nəzər saldıq. Biz ot örtüyünü dəyişdirməli, xaricdən gətirməli olacağıq”.

Bu barədə Modern.az-a Tofiq Bəhramov adına Respublika Stadionun direktoru Akif İsmayılov stadionun ot örtüyünün bərbad hala düşməsi və bu gün stadionun təmirə bağlanması ilə bağlı məsələy toxunarkən deyib. Onun sözlərinə görə, "Qarabağ”ın sentyabrın 18-də Avropa Liqasının qrup mərhələsi çərçivəsindıə keçirəcəyi oyuna hazır olmağa çalışacaqlar:
"Ot örtüyünün bərbad hala düşməsi artıq baş verib. Biz bu problemi aradan qaldırmağa və oyunumuzu keçirməyə çalışırıq. Stadionun ot örtüyü üçün işlədiyimiz Hollandiya şirkəti iki il qarantiya vermişdi. Həmin müddətdə avqustun 16-da başa çatdı. Ot örtüyü belə vəziyyətə düşdükdən sonra onlarla müqavlə müddətini uzatmadıq. Başqa bir şirkətlə, İngiltərənin "PFM” şirkəti ilə müqavilə imzaladıq. Hər bir variantı nəzərdən keçirdik. İngiltərədən üç-dörd günə cavab veriləcək. Hər-hansı nəticə bizi qane etməsə, biz ot örtüyünü dəyişdirməli, hanınsa xarici ölkədən gətirməli olacağıq”.