Sürücülərə şad xəbər: Sumqayıt yolunda yeni körpü tikilir




Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9 km hissəsinə paralel olan köməkçi yolun yenidən qurulması və 9-cu km-də (Biləcəri hissəsində) yeni inşa olunmuş yol ötürücüsünün yanaşma yollarının tikintisi davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, bundan əlavə sözügedən yol ötürücüsünə paralel yeni yol ötürücüsünün tikintisinə də başlanılıb. Artıq yol ötürücüsünün dayaqları hazırdır. Yaxın günlərdə aşırım tirlərinin qoyulmasına başlanılacaq.
Layihə üzrə nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra həmin ərazidə nəqliyyatın normal hərəkəti təmin olunacaq.