8 gün əvvəl Tovuzda yol qəzasında ağır yaralanan uşaq ölüb






Azərbaycanda azyaşlı uşaq yol qəzasında ölüb.
 Daxili İşlər Nazirliyinin saytının yaydığı məlumata görə, hadisə avqustun 24-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində baş verib.
Kənd sakini İlham Nağıyev idarə etdiyi VAZ-2108 markalı avtomobillə yolu keçən rayon sakini Murad Aslanovu və onun azyaşlı oğlu Gündüzü vurub. Xəstəxanaya yerləşdirilən uşaq avqustun 31-də orada dünyasını dəyişib.
Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.