Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Ermənistan Hindistan silahının ən böyük alıcısına çevrilib.

Axar.az xəbər verir ki, bunu Hindistan Maliyyə Nazirliyinin parlamentə təqdim etdiyi iqtisadi hesabat sübut edir.

“Keçmiş Sovet respublikası Ermənistan “Pinaka” raket sistemlərinin və “Akaş” zenit-raket komplekslərinin alınması ilə bağlı müqavilələr imzaladıqdan sonra Hindistandan ən böyük silah idxalçısına çevrilib”, - məlumatda bildirilib.